“Haber Global“: İlham Əliyev Davosda dünya liderləri ilə bir araya gəlir VİDEO

19.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Dünya liderləri Davosda bir araya gəlirlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetdə bildirilir.

Qeyd olunur ki, Davosdakı builki Dünya İqtisadi Forumu sayca 56-cıdır. Tədbirin əsas mövzusu dialoq ruhudur.

Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Argentina Prezidenti Xavyer Miley kimi dünya liderləri də tədbirə qatılacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью