Haber Global ın 8 yaşı tamam olur

24.09.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün şəkkiz yaşını qeyd edir.

BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı, Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

BAKU.WS kollektivi olaraq "Haber Global" telekanalını fəaliyyətə başlamasının səkkiz illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью