“Haber Global” İstanbulda TürkiyəAzərbaycan qardaşlıq forumunu işıqlandırıb

15.11.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumu keçirilib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Hər iki ölkədən millət vəkillərinin qatıldığı tədbir Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal" marşının səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Türkiyə və Azərbaycanın yaxın münasibətləri nəzərdən keçirilib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir, forumun İstanbulda keçirilməsi sevindiricidir.

Azərbaycanın Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Qarabağ zəfərinin iki ölkə arasındakı dostluğu gücləndirdiyini bildirib. “Türk dünyasının iki parlayan ulduzu var – Türkiyə və Azərbaycan”.

Forumda COP29-a ev sahibliyi edən Azərbaycana dəstək mesajı verilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью