Haber Global : Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

21.03.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev mərhum dövlət başçısı Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu il də Novruz tonqalını işğaldan azad edilən bölgədə yandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalının "Instagram" səhifəsində paylaşılan qısa videosüjetdə qeyd olunur.

"Azərbaycanın milli bayramlarından biri olan Novruz bütün ölkədə coşqu ilə qeyd olunduğu bir vaxtda bu bayramın simvolu olan tonqal işğaldan azad edilmiş torpaqlarda da alovlandırılıb.

Vaxtilə mərhum Prezident Heydər Əliyevin işğaldan azad olunmasını görmək istədiyi bütün rayonlara indi bahar gəlib. Novruz bayramınız mübarək!" - deyə paylaşımda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью