“Haber Global“: “Qarabağ“ Çempionlar Liqasının ən diqqətçəkən komandası oldu VİDEO

24.01.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ağdamın "Qarabağ" futbol klubu bu mövsüm inanılmaz çıxışı ilə Çempionlar Liqasının ən çox diqqət çəkən komandası olub.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın təmsilçimizin uğuru barədə hazırladığı süjetdə bildirilir.

Qeyd olunur ki, "Qarabağ" hazırda bütün türk dünyası klublarına nümunə göstərilir. Komanda bu nailiyyəti ciddi məşq və peşəkar planlama sayəsində əldə edib.

Reportajda bildirilir ki, vaxtilə klubun prezidenti Abdolbari Gozal o zamankı Azərbaycan prezidenti, ümummilli lider Heydər Əliyevə bu komandanı Avropaya tanıdacağına söz verib və indi artıq verilən bu vədi yerinə yetirilmiş hesab etmək olar.

Süjet "Qarabağ"ın keçdiyi tarixi yola işıq salır və qazanılan qələbələrin təsadüf olmadığını vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью