Icma.az, Yenigundem portalına istinadən məlumat verir. Xəbər verdiyimiz kimi, 29 yanvar 2025-ci il tarixində ölkədə bələdiyyə seçkiləri keçi
Artıq Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə lider namizdlərin siyahısını açıqlayıb.
Keçirilən seçkilər haqqında Səbail bələdiyyəsi və Badamdar bələdiyyəsi üzrə dairələrdə “Qohum” namizədlər haqqında xəbər vermişdik.
XALQ.AZ xəbər verir ki, Badamdar bələdiyysəinin sədri olan Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin Təzaxan qızı Səbail bələdiyyə üzrə namizəd kimi qeydə alınmış və seçilmişdir.
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin isə nəvəsi Nurel Kərim Badamdar bələdiyyəsi üzrə seçilib.
Məlumatlara görə Badamdar bələdiyyəsinin sədri olan Təzəxan Məmmədov MSK-nın təqdim etdiyi lider namizədlər siyahısında adı yoxdur və bu da onu bildirir ki, Badamdar bələdiyyəsinin sabiq sədri Təzaxan Məmmədov seçkilərdə məğlub olub.
Lakin qızı Nəzrin Vahidova Təzaxan qızı Səbail bələdiyyəsi üzrə dairədən seçilib.
Həmçinin Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin, nəvəsi Nurel Kərim Badamdar bələdiyyəsi üzrə MSK-nın lider namizədlər siyasında yer alıb.