Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qardaşı, iş adamı İbrahim İbrahimova məxsus "Avesta Konserni" şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Hurriyyet.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 703 985,46 manat təşkil edir. "Avesta Konserni" 2008-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 320 manatdır. 2021-ci ilə qədər şirkətin qanuni təmsilçisi İbrahim İbrahimovun özü olub.
Hazırda isə "Avest Konserni"nin qanuni təmsilçsi adirov Araz Ələsgər oğludur.
Mediada tirajlanan məlumatlara görə, Araz Nadirov İbrahim İbrahimova yaxın şəxsdir. İbrahim İbrahimov Hacı İbrahim Nehrəmli kimi tanınır.
O, "Xəzər adaları" layihəsinin müəllifidir. 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı kredit qalmaqalından sonra Hacı İbrahim
Onun da ABB-yə külli miqdarda vergi borcu olub. Kredit "Xəzər adaları" layihəsinin icrası üçün götürülüb.