Hacı İsmayılov haqqında kitab işıq üzü gördü

12.02.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü olan Vasif Ayan “XAN Nəşriyyatı” ilə növbəti birgə iş birliyini təqdim edib.

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə Vasif Ayanın qonağı Xalq artisti Hacı İsmayılov olub.

Onun haqqında yazılmış kitab bu gün işıq üzü görüb. Kitabda Xalq artistinin xatirələrinə yer verilib.

Eyni zamanda, kitabda Hacı İsmayılovun çəkildiyi filmlərdə kadrarxası məqamlar, teatra, səhnəyə gəlişi və sənət dostlarının onun haqqında xatirələri diqqətə çatdırılıb.

Qeyd edək ki, Vasif Ayan “XAN Nəşriyyatı” ilə “Xatirələr seriyası” adlı layihə üzərində işləyir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью