futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sərbəst güləş üzrə Azərbaycan təmsilçisi Hacı Kərimov U-20 dünya çempionatında 70 kq çəki dərəcəsində adını həlledici mərhələyə yazdırıb.
Futbolpress.az xəbər verir ki, idmançımız yarımfinalda misirli Mohamed Ahmedlə üz-üzə gəlib.
Qarşılaşma güləşçimizin 9:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
Uğurlu seriyasını davam etdirən Hacı Kərimov sabah qızıl medal uğrunda görüşdə İran təmsilçisi Sina Mehdi Xəlili ilə qüvvəsini sınayacaq.