Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

23.04.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramında Xalq artistləri Malik Mansurov, Elçin Haşımov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Qoçaq Ələsgərov, Vüsal İsgəndərzadə, Şəhriyar İmanov, həmçinin beynəlxalq və respublika müsabiqə laureatları çıxış edəcəklər.

Qeyd edək ki, Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib.

“Park” nəşriyyatının təqdimatı olacaq İlham Qəhrəmanın imza günü keçiriləcək İlham Qəhrəmanın yeni kitabları çap olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью