Hacı Nuran bu nazirlərlə məktəb yoldaşı olub ADLAR

31.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

ATV-nin efirində maraqlı açıqlamalar verən tanınmış aparıcı Hacı Nuran Bakıdakı 8 nömrəli məktəbdə təhsil aldığını bildirib.
Demokrat.az xəbər verir ki, aparıcı həmin məktəbdə oxuduğu illərdə hazırda ölkədə tanınmış siyasətçi olan şəxslərlə birgə təhsil aldığını deyib.
“Xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov mənim məktəb yoldaşlarım olub.
Ombudsman Səbinə Əliyevanı isə mən pionerə qəbul etmişəm”, – deyə Hacı Nuran qeyd edib.
O, həmçinin məktəbi fərqlənmə atestatı ilə bitirdiyini də diqqətə çatdırıb. (Savashmedia.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью