Hacıağa Hacılı: Futbol oynamaq üçün darıxmışdım Müsahibə | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Zirə"nin futbolçusu Hacıağa Hacılı Sport24.az saytına müsahibə verib.
- "Kəpəz" üzərində vacib qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz? - Son oyunlarda qazanılan hər bir qələbə çox önəmlidir.
Çünki əvvəlki turlarda çox xal itkiləri ilə qarşılaşdıq. Qallib gəlmək üçün növbəti oyunları son oyunumuz kimi oynayacayıq.
- "Zirə"nin avrokubok şanslarını necə dəyərləndirirsən? - Avrokubok şanslarımız var. Hələ heç nə itirilməyib. Davam eləmək lazımdı.
- İkinci dövrədəki nəticələri uğurlu hesab edirsən? - Birinci və ikinci dövrədir deyə heç vaxt ayırmıram.
Ümümilikdə hansı nəticə qazanmışıq o vacibdir. Bu nəticəyə bəlkə keçən il qane olmaq olardı. Amma bu il üçün azdı.
Xallarımızı daha da artırmalıyıq. - Uzun müddətdən sonra sizi əsas heyətdə gördük. Öz oyunundan razı qaldın? - Çoxdandı meydanda olmurdum.
Oynamaq üçün darıxmışdım. Futbol oynamağa acımışam. Mənə verilən şansı dəyərləndirməyə çalışacam.
Tam oxu
Xəbəri oxu