Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, Hacıbaba Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycanın zəngin teatr ənənələrini yaşadan və Qərbi Azərbaycan mədəni irsinin təbliğində mühüm rol oynayan aparıcı mədəniyyət ocaqlarından biridir. Yeni təyinatın teatrın fəaliyyətinin daha da inkişafına töhfə verəcəyi gözlənilir.