Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindən yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi həyata keçiriləcək.
“Az Agromila” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.
XQ xəbəör verir ki, investisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsi çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 500-dən çox iş yeri yaradılıb.
XQ