Hacıqabulda 2025 ci ilin sosial iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib FOTOLAR

27.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacıqabul rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Milli Məclisin sədr müavini, deputat Rafel Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra və bələdiyyə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Rayonda fəaliyyət göstərən istehsal müəssisələri tərəfimdən istehsal edilmiş məhsullardan ibarət təşkil edilmiş sərgiyə və sosial-iqtisadi göstəricilərinin əks olunduğu məlumat lövhəsinə baxış keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ötən ilin yekunlarına dair hesabat yığıncağı öz işinə başlayıb. 
2025-ci ildə rayonda görülmüş işlər barədə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 640.914,4 min manatlıq məhsul istehsal edilib. Məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 3,5 %, kənd təsərrüfatı məhsulunun həcmi 4,6 %, ticarətdə məhsul buraxılışının həcmi 1,2 % artmışdır.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 5,6 %, iaşə dövriyyəsi 29,4 %, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 10,4 %, məişət xidmətlərinin həcmi 9,1 %, yük daşınmalarının həcmi 5,5 %, sərnişin daşınmalarının həcmi, 5,6 %, rabitə xidmətlərinin həcmi 38,0 % artmışdır.
Daha sonra yığıncaqda Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Səyavuş Məmmədov, Hacıqabul rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, ”Hacıqabul Quşçuluq” ASC-nin direktoru Nemət Babaşov çıxış etmişdir.
Azərbaycan Respublikası Milli Məclisin sədr müavini, deputat Rafael Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da güclü, qüdrətli və beynəlxalq arenada söz sahibi olduğunu, onun xüsusi diqqət və qayğısı ilə Hacıqabul rayonunun da günü-gündən inkişaf etdiyini, sosial-iqtisadi layihələrin uğurla həyata keçirildiyini qeyd edib.
Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov çıxış edərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri qeyd edib. Ölkə başçısının sərəncamı ilə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi müasir infrastrukturun yaradılması, müasir üslubda şəhərlərin salınması və yeni yaşayış mühitinin yaradılması üçün böyük strateji əhəmiyyət kəsb edir.
Sonda yığıncağın qərar layihəsi oxunub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.

Demokrat.az
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью