Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
8 noyabr 2024-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, Millət vəkili Rafael Hüseynov şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbirdən öncə Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək qeyd etdi ki, 8 noyabr Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan əsgərinin 30 illik həsrəti 44 gün müddətində bitirdiyi Azərbaycan tarixinin şanlı bir səhifəsidir.
Bu qələbə Azərbaycan xalqının son iki əsrlik tarixində öz şücaəti, qanı və canı bahasına bahasına qazandığı zəfərimiz oldu.
Qələbənin əldə olunması üçün minlərlə qəhrəman oğullarımız öz canlarını qurban verərək gələcək nəsillərimiz üçün şanlı bir qəhrəmanlıq dastanı yazdılar.
Onlar öz ölümləri ilə ölməzliyə qovuşdular. Qovuşdular ki, Azərbaycan yaşasın.