Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
08.11.2024-cü il tarixində Hacıqabul şəhər Heydər Əliyev parkında yerləşən açıq kinoteatrda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar konsert proqramı keçirilib.Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, həmçinin rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhər əhalisi iştirak etdi.Konsertdə Respublikanın tanınmış müğənniləri o cümlədə rayonun Mədəniyyət işçiləri musiqi nömrələri ilə çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə tamaşaçıları təbrik etdilər.
İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılandı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.