Hacıqabulda ağır qəza baş verdi: Ölən və yaralanan var

12.10.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

"AzəriMed" QSC-yə məxsus “Mercedes Atego” markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes Atego”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью