Hacıqabulda ağır qəza: Sürücü həyatını itirdi

18.02.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza KIA və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı KIA-nın sürücüsü, 1989-cu il təvəllüdlü Ağaşirin Zülfüqarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью