Hacıqabulda avtomobil 56 yaşlı qadını vurub öldürdü

04.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az -ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.

Belə ki, yolda hərəkət edən avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью