Hacıqabulda avtomobil aşıb, ərarvad xəsarət alıb

18.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıqabulda avtomobil aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Şəmkir sakinləri, 1958-ci il təvəllüdlü Əlzaman Əliyev və həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Qurbanova müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью