Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb

20.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Renault” markalı avtomobil yolu keçən 10-cu sinif şagirdini vurub.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью