Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb

21.11.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Renault” markalı avtomobil yolu keçən 10-cu sinif şagirdini vurub.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью