Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü KONKRET

04.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью