Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət aldı KONKRET

16.11.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Yaralılardan 3-ü ambulator yardım alıb. Digər yaralı Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Ədilov Paşa Mövlud oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Onun çoxlu qan itirdiyi və ayağının amputasiya olunma təhlükəsi yarandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью