Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb

15.11.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Yaralılardan 3-ü ambulator yardım alıb. Digər yaralı Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Ədilov Paşa Mövlud oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Onun çoxlu qan itirdiyi və ayağının amputasiya olunma təhlükəsi yarandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью