Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb

16.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Yaralılardan 3-ü ambulator yardım alıb. Digər yaralı Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Ədilov Paşa Mövlud oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Onun çoxlu qan itirdiyi və ayağının amputasiya olunma təhlükəsi yarandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью