Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hacıqabulda baş verən qəzada sürücü ağır xəsarət alıb
Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabu rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şirvan sakini, 1990-cı il təvəllüdlü Qarayev Elvin Ələddin oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobili kiçik tutumlı yük avtomobilinə çırpıb.
Nəticədə yük avtomobilinin sürcüsü kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.