Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

02.09.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacıqabulda kişinin güllələnmiş meyiti tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Udulu kəndində qeydə alınıb.

31 yaşlı İxtiyar Səmədovun meyiti kənddəki meşəlik ərazidə aşkarlanıb. Onun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью