Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ

21.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Renault" markalı avtomobil yolu keçən 10-cu sinif şagirdini vurub.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью