Hacıqabulda mikroavtobus qəzası: 5 nəfər xəsarət aldı

21.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью