Hacıqabulda minik və yük avomobilləri toqquşub, xəsarət alanlar var

16.11.2024

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Yaralılardan 3-ü ambulator yardım alıb. Digər yaralı Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Ədilov Paşa Mövlud oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью