Hacıqabulda nar şirəsi istehsal ediləcək

02.04.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Hacıqabul Sənaye Parkında alma və nar konsentratlarının emalı, eləcə də nar şirəsinin istehsalı zavodu qurulacaq.

Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qurum “Ese Agro” QSC-yə Parkın rezidenti statusu verib. Şirkət Parka 9,4 milyon manatdan çox investisiya yatıracaq. Layihə çərçivəsində 15 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью