Hacıqabulda oğurluq edən şəxs saxlanıldı

17.09.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaq doldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki,  rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaq satması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью