Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub AZƏRTAC

22.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Hacıqabul, 22 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınan qəza zamanı minik avtomobili tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью