Hacıqabulda qəza: 3 nəfər xəsarət aldı

21.11.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı kənd sakinləri – 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью