Hacıqabulda qəza Ölən var

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Muğan qəsəbəsi ərazisində qeydə alınıb. 99-SX-135 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil tərəfindən vurulan 2006-cı il təvəllüdlü Şərifalıyev Eldar Əlzamin oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью