Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hacıqabul, 21 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Muğan qəsəbəsi ərazisində qeydə alınıb. 99-SX-135 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil tərəfindən vurulan 2006-cı il təvəllüdlü Şərifalıyev Eldar Əlzamin oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.