Hacıqabulda quldurluq edən şəxslər saxlanılıblar AZƏRTAC

30.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacıqabul, 30 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri C.Orucov, A.Umarov, S.Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək, üzərində olan 690 manatı ələ keçirdikləri müəyyəb olunub.

Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью