Hacıqabulda sabah əmək yarmarkası keçiriləcək

04.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Şirvan-Salyan Regional Məşğulluq filalının dəstəyi ilə Hacıqabul şəhərində dekabrın 5-də Heydər Əliyev Mərkəzində əmək yarmarkası keçiriləcək.

"Report”un Aran bürosunun məlumatına görə, əmək yarmarkasında Şirvan-Salyan Regional Məşğulluq filialına daxil olan Hacıqabul rayonunda yerləşən 11 işəgötürən 100 vakant iş yerləri ilə iştirak edəcəklər.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью