Hacıqabulda satış məqsədi ilə narkotik vasitələr əldə edən şəxs həbs edilib FOTO

11.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью