Hacıqabulda sərnişin dolu “Qazel” dərəyə aşdı VİDEO

29.09.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Hacıqabul rayonu, Udulu kəndində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 28-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı minik vasitəsi yoldan çıxaraq dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü mikroavtobusu dərəyə aşırıb. Hadisə zamanı minik vasitəsi tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью