Hacıqabulda traktorla avtomobil toqquşub, yaralılar var AZƏRTAC

24.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hacıqabul, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ekskovator tipli traktor və "Mercedes" markalı minik maşını toqquşub. Minik avtombilinin sürücüsü və 3 sərnişin xəsarət alıb.

Hadisə yerinə Hacıqabul və Şirvan təcili təxirə salınmaz tibbi yardım briqadaları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью