Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

06.05.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью