Hacıqabulda yol qəzası olub, ölən və yaralanan var

06.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində şəxsiyyətləri məlum olmayan bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Yaralı Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью