Hacıqabulda yol qəzası olub, sərnişin ağır yaralanıb

30.12.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hacıqabulda avtomobil qəzaya uğrayıb, sərnişin ağır yaralanıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralında Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomonil idarəetməni itirərək aşıb. Avtomobildə olan sürücünün atası müxtəlif dərəcəli xəsarətlərlə komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью