Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI

24.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilir ki, hadisədə xəsarət alan bir nəfər (cinsi kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"1990-cı il təvəllüdlü şəxsə sağ bud sümüyünün sınığı diaqnozu təyin edilib. Xəstəyə lazımi tibbi xidmətlər göstərilib, müalicəsi Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir",- deyə məlumatda bildirilir.

10:28

Bakı-Qazax yolunda iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az- xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Bildirilib ki, hadisə fevralın 23-ü saat 20:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 98-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

"Hadisənin baş verməsinə səbəb 99-GT-693 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin MAN markalı 77-BS-242 dövlət nömrə nişanlı avtomobilin toqquşması olub. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью