Hacıqabulda zəncirvari qəza baş verib

25.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndindən keçən ərazisində qəza baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Lada", "Opel", "Mercedes" markalı mikroavtobus və eyniadlı minik maşını toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralılar Kürdəmir xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью