Hacıqabuldakı qəzada yaralananların SON DURUMU

08.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakı-Qazax avtomagistralının Muğan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) 08.09.2026-cı il tarixində saat 08:20 radələrində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.  

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

3 nəfərin (1 kişi, 2 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti orta ağır qiymətləndirilən 1965-ci il təvəllüdlü şəxs (kişi) ixtisaslı tibbi xidmət alması üçün Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Xatırladaq ki, Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью