Hacıqabuldakı sel yolu UÇURDU: Sakinlər çətin VƏZİYYƏTDƏ

23.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Güclü yağışlar nəticəsində Pirsaat çayının daşması bir sıra fəsadlara yol açıb.

Sel sularının təsiri nəticəsində çay məcrasını dəyişib və Hacıqabulun Birinci Udullu kəndində yolu uçurub. Nəticədə, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

"Sel aparıb buranı, nə işığımız, nə də qazımız var. Nəvələrim məktəbə gedib-gələ bilmirlər. 70 yaşım var, sabah ölsəm, məni hara basdıracaqlar, çaya atacaqlar?!", - narazı kənd sakinlərindən biri deyib.

Ətraflı Baku TV_nin süjetində:

Hacıqabuldakı sel yolu UÇURDU: Sakinlər çətin VƏZİYYƏTDƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью